Salam aleykum. Mən bu məsələni paylaşıram ki,siz də öz fikirlərinizi bildirəsiniz. Ola bilər bir-birimizə hansısa faydamız dəyər. Bu fikirlər mənim deyil, ümumi uğur əldə etmiş insanların fikirləridir. Bunu yazmağıma səbəb bu gün bir paylaşımda oxuduğum bu cümlə oldu: "Müdirinizdən razısınızmı?" Adi səslənsə belə, çox düşündürücü sualdır.Rəyləri oxudum və bu yazını yazmaq qərarına gəldim.
Ümumiyyətlə, pis müdir yoxdur, işini sevməyən işçi var. Çünki hər hansı bir şirkət və yaxud müəssisə işçi götürəndə öz çətinliklərini aradan qaldırmaq üçün edir bunu və ümid edir ki, bununla da işi asanlaşacaq. Ay müdirindən narazı olan işçi,mənim sözüm sənədir. Yox əgər sən öz müdirindən və işindən razısansa bu sənə aid deyil. Ancaq mənə elə gəlir ki,sən də oxusan faydalı olar və yaxud bu sözləri kiməsə çatdırarsan ona fayda gətirər. Qısası, işini sevmirsənsə qaç o işdən, çünki sən ancaq qazancı düşünüb işləsən heç vaxt işlədiyin işdə xoşbəxt ola bilmərsən və özün xoşbəxt olmasan ətrafındakıları da xoşbəxt edə bilmərsən. Müdir elə bir vəzifədir ki,unutma, o sənin iş vaxtı tabe olduğun insandır və onun haqqı var sənin üzərində. Eyni zamanda sənin də haqqın var onun üzərində, bu sənin məvacibindir və əgər bir insan sənə maaş verirsə deməli sənin vaxtını pulnan alır. İşdə olduğun vaxtda sən ona tabe olmalısan. Mən başa düşmürəm sən ondan necə narazı ola bilərsən? Əgər müdirin sənə səsin qaldırır və yaxud da sənin fikrincə haqsızlıq edirsə birinci işə düzəlməyə gəldiyin günü xatırla, necə mehriban danışırdınız, nə deyirdi baş üstə deyirdin, bəs necə oldu? Nə dəyişdi? Əgər birinci gündən bu iş səni qane etmirdisə işə düzəlməzdin, bir halda ki düzəlmisən, işin haqqını ödə. Ola bilməz ki,müdir bir şirkətdə və yaxud hansısa bir müəssisədə hamıya qarşı pis olsun, ətrafına diqqətlə bax, səhvi özündə axtar! Deməli sən nəyisə düzgün etməmisən. O zaman özünə sual ver, mən nəyi düz etmədim ki, belə oldu? Ancaq bir söz deyim, özün öz içində nə olduğunu bilirsən, sadəcə insan heç vaxt istəmir ki, öz gözündən düşsün və içində hamı özünü düz hesab edə bilər, çünki biz etdiyimiz ərincəkliklərə də, səhvlərə də hətta kasıb olmağımıza belə bəhanə axtarırıq. Özümüzü səhv hesab etsək dərhal narahatçılıq keçirdərik, ya gedib kiməsə qarşı səhv etmişiksə ondan üzür istəməliyik və yaxud da özümüzə haqq qazandırmalıyıq ki,içimiz rahat olsun.
Bu iş məsələsində də ən rahat bəhanə pis müdir bəhanəsidir. Müdirini səhv çıxardıb özünü rahatlaşdırmaqdansa narahat ol, ya bu sənin sevdiyin iş deyil ki,sən ərincəklik edib işini tam görmürsən və yaxud da təcrübən yoxdur. Müdirin sənə qarşı iradların bildirməyi çox gözəl bir haldır, çünki sən öz zəyif tərəflərini görmək imkanı əldə edirsən. Bunları düzəltməyə çalış.Yox əgər gördüyün işdən zövq almırsansa, o işi tərk et, heç kimin də haqqına girmə. Çünki işçi götürən adam onun faydasını görmək istəyir. Sən də əgər bu işi sevmirsənsə, çətin səndən o şirkətə fayda olsun. Əksinə, get özünü axtar tap, heçkimdə səhv axtarma. Məzuniyyətdən məzuniyyətə,bayramdan bayrama, istirahət günündən istirahət gününə qədər işləmə! Əgər sən işlədiyin işdə saata baxıb iş vaxtının bitməyini gözləyirsənsə həqiqətən də sənə o işdə pis müdir rast gələcək. Çünki sən özünü kənardan görmürsən, hər hansı bir insan kiməsə müdirlik edirsə, razılaş 99% buna haqqı çatır. Sən nə qədər işini sevməsən bir o qədər də öz işinə qarşı neqativ hiss edəssən və bu da hardasa biruzə verəcək. Hətta oturub durduğun iş yoldaşlarına diqqət et, hər gün nədənsə və yaxud kimdənsə narazılıq edirlər, həyatlarının necə pis keçdiyindən və yaxud işdən necə bezdiklərindən danışırlar. Kənardan özünə bax gör ətrafındakılarla nələri müzakirə edirsiniz. Sən gərək elə bir işlə məşğul olasan ki, o işi sevəsən və o işə qalxanda sevərək qalxasan, onda ətrafına pozitiv insanlar yığılacaq və ən əsasda müdirin çox yaxşı adam olacaq. Eyni zamanda o sevmədiyin vakansiyanı məşğul etməklə ola bilər ki,o işi sevən bir insanın haqqına girmiş olarsan. Qulun qul üzərində olan haqqına Allah da qarışmır, çünki bu bir şəxsin haqqıdır. Bəhanələrə son qoy, işi ya gör ya da görmə, amma bəhanə gətirmə!99% Uğursuzluqlar o insanlarda baş verir ki, onlar özlərinə bəhanə axtarmağı vərdiş ediblər.@shaiq083