Salam aleykum!
Siz də öz fikirlərinizi bölüşsəniz sevinərəm. Burada yazdığım fikirlər mənim özümün qəbul etdiyim fikirlerdir. Tənqidi qəbul edirəm,ancaq təhqiri hər kəs kimi mən də qəbul etmirəm.
Bizə ətraf mühitimiz təsir edir, bunu qəbul etməliyik, daxilimizi düzəldib və ancaq ondan sonra ətrafımızı düzəltməyə çalışmalıyıq.Demək istədiyim budur ki, ətraf mühit bizə təsir etdiyi kimi biz də ətraf mühitə təsir gösteririk. Insanlar dünyaya içində uğur əldə etmək sevgisi ilə gəlir. Kimsə bunu əldə edib həqiqi xoşbəxt bir həyat yaşayır, kimisi də onu tapa bilməyib bu dünyanı tərk edir. Hər hansı bir insan uğura aparan yolu düzgün seçərək hərəkətə başlayıb və hərəkətinə daim davam etsə onu əldə edə bilər. Fikirləşmeyin ki, sizin istedadınız yoxdur. Çünki Allah ədalətlidir, birini istedadlı başqa birini isə istedadsız yaratmaz!
Uğurun ən əsas şərtlərindən biri də öz istedadını kəşf etməkdir. Bunun üçün çalışmaq lazımdır. Bu, uşaq vaxtı öz istedadını kəşf etməyənlərə aiddir. Mənim sözüm valideynlərədir- öz uşaqlarınızı istədiyiniz kimi deyil, istədikləri kimi böyüdün! Burada söhbət uşağın istədiyini etməkdən getmir, sadəcə uşaqlara seçim etmək hüququ verin. Uşaqlıqdan onlara seçim etməyi öyrədin, ola bilər seçimi səhv etsin ancaq insan səhv etməlidir ki,düzgün qərar verməyi öyrənsin. Bu bilirsiniz nəyə bənzəyir? Hər birimizin işlətdiyi bir cümlə var, "indiki ağlım olsa idi filan vaxtı etdiyim hərəkəti etməzdim". Burdan sual ortaya çıxır.
Filan vaxtı etdiyin hərəkəti etməsəydin indi bu ağıl səndə haradan idi? Mən belə düşünürəm ki, kim həyatda çox səhv edibsə, o düzgün qərar verə bilmək qabiliyyətinə malik olur(səhvlərindən nəticə çıxartmaq şərti ilə). Çünki insan nə qədər çox seçim etsə bir o qədər çox qərar verir və çox qərar verən insanın da ehtimal var ki, səhvi çox olsun. Necə deyərlər, təsir əks təsirə bərabərdir!
#aztagram #aztagrambaku #azerbaycan #baki #baku #motivasiya #motivasiyaedici #hostellandoffire #ugur #eldeet #fikir #dahi #valideyin #terbiye #belebeleisler #belebele #pozitiv #kelam #kelamlar #sozler #anlamlısözler @shaiq083